Professor Buludxan Xəlilov vəfat edib

Tanınmış türkoloq, filologiya elmləri doktoru Buludxan Xəlilov vəfat edib.

Azpost.info bildirir ki, bu barədə professor Vaqif Sultanlı məlumat verib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

2001-ci ildən Azərbaycan Yazıçılar Bilriyinin üzvü olan B.Xəlilov 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. (1983-1990).  Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb.

Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilirb M.F.Körpülünün “Azəri” əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirib (2000). Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pezident İlham Əliyev Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciət edib –

Sonrakı məqalə

Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq