Prokuror Əjdər Ola 11 il həbs cəzası tələb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Əjdər Cəbiyevin verilmiş ittihamlarla təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ senatorları Rusiya neftindən imtina etməyi tələb edir

Sonrakı məqalə

Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb