ABŞ senatorları Rusiya neftindən imtina etməyi tələb edir

Bir qrup respublikaçı senator Rusiyadan neft idxalını dayandırmağı nəzərdə tutan qanun layihəsi hazırlayıb. Senatorlar ABŞ hökumətindən Rusiya neftindən asılılığa son qoymağı tələb edirlər.

Azpost.info xəbər verir ki, qanun layihəsinin müəllifləri ABŞ-ı enerji sektorunda müstəqilliyi bərpa etməyə və Rusiya prezidenti Vladimir Putinin hərb maşınını maliyyələşdirməyi dayandırmağa çağırırlar: “Bayden düşmən ölkəni ABŞ-ın enerjidoldurma stansiyasına çevirdi”

“Bayden enerji daşıyıcılırı istehsalını yenidən başlatmalı və Rusiyadan xam neft almaqla Putinin Ukraynadakı müharibəsini maliyyələşdirməyə son verməlidir. Əvvəlki administrasiyada ölkəmiz bu baxımdan müstəqil idi. Lakin prezident Bayden kursunu dəyişdi və Rusiya kimi düşmən ölkələri ABŞ-ın enerjidoldurma stansiyasına çevirdi”.

Sənəddə qeyd olunur ki, 2021-ci ildə ABŞ Rusiyadan gündəlik təxminən 700 min barel neft idxal edib. Senatorlar buna son qoyulmalı olduğunu vurğulayır və həll yolu kimi ABŞ-ın özündə neft və qaz hasilatının artırılmasını təklif edirlər.

“Hər gün Rusiyaya yüz milyonlarla dollar göndəririk”

“Rusiya ABŞ-ın üçüncü ən böyük neft tədarükçüsüdür. ABŞ və avropalı müttəfiqlərimiz hər gün Rusiyaya enerji təchizatı üçün yüz milyonlarla dollar göndərirlər. Biz artıq Rusiyanın təcavüzünə subsidiya verə bilmərik. Enerji təminatı üçün bizə yeni enerji siyasəti lazımdır. Bu, neft və qaz istehsalçılarımızın rolunu genişləndirmədən əldə edilə bilməz.

Bayden administrasiyası “Keystone XL” boru kəmərini bərpa etməli, ABŞ-da yeni iş yerləri yaradacaq və rəqiblərimizi pulsuz qoyacaq ağıllı həlləri təşviq etməlidir”, – senatorlar bildiriblər.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kiyevdən azərbaycanlıların təxliyəsi üçün ayrılan qatar yola salınıb

Sonrakı məqalə

Prokuror Əjdər Ola 11 il həbs cəzası tələb edib