Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Pul artımı hər zaman iqtisadi artımı təmin etmir” –

User 11 Yanvar 2026 - 13:00 (Last updated: 11 Yanvar 2026 - 12:49)
Azim-Abasov-696x465

Azərbaycanda ÜDM-in formalaşmasında monetar amillər – xüsusilə pul kütləsinin həcmi, bank kreditləri və maliyyə resurslarının real sektora yönəldilməsi mühüm rol oynayır.

Bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azim Abasov müəllifi olduğu və “Audit” jurnalında dərc edilən elmi tədqiqatda bildirib.

Onun fikrincə, pul kütləsinin artımı hər zaman iqtisadi artımı təmin etmir və düzgün tənzimlənmədikdə inflyasiya risklərini artıra bilər: “Pul təklifi real sektorun istehsal imkanları ilə uzlaşdırılmadıqda, maliyyə resursları əsasən istehlak və idxala yönəlir ki, bu da qiymət artımını sürətləndirir, əhalinin real gəlirlərini azaldır və iqtisadi artım tempini zəiflədir”.

Məqalədə bank sektorunun iqtisadiyyatda artan rolu da təhlil edilib. Qeyd olunub ki, kredit resurslarının istehsal və investisiya yönümlü sahələrə istiqamətləndirilməsi ÜDM-in artımını stimullaşdırır, istehlak yönümlü kreditləşmənin genişlənməsi isə makroiqtisadi sabitlik üçün risk yarada bilər.

Müəllifin fikrincə, monetar siyasətin fiskal siyasətlə uzlaşdırılması, pul kütləsinin optimal səviyyədə saxlanılması və kredit mexanizmlərinin real sektorun ehtiyaclarına uyğun qurulması davamlı iqtisadi artım üçün əsas şərtlərdir.

Araşdırmanın nəticələrinə əsasən, balanslaşdırılmış monetar siyasət inflyasiyanın cilovlanmasına, maliyyə sabitliyinin qorunmasına və uzunmüddətli iqtisadi artımın təmin olunmasına töhfə verə bilər. /Report/

AzPost.az

Post navigation

Previous: Azərbaycan universitetlərinin diplomlu işsizləri –
Next: Azərbaycanın Avropa Birliyinə satdığı qaz azalıb

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

ilham dircelis
  • Siyasət

İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib

User 17 Noyabr 2026 - 00:10
Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib     AzPost.az
Read more about İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür lenin02
  • Baş Yazı

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

User 17 Noyabr 2026 - 00:06
Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04
Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma usutme
  • Maraqlı

Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma

User 16 Noyabr 2026 - 23:51
Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır zelenski
  • Dünya

Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır

User 16 Noyabr 2026 - 23:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.