Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Pul futbol oynamır…

User 29 Avqust 2025 - 13:19 (Last updated: 29 Avqust 2025 - 13:19)
qurban
Pul futbol oynamır…
Pul futbol oynasa idi Joze Mourinyonu istefaya göndərən “Fənərbaxça” bu mövsüm Çempionlar Liqasınına vəsiqə qazanardı.
“Qarabağ” kimi. “Kayrat” kimi.
Bəli, pul futbol oynamır.
Əgər pul futbol oynasa idi supertransferlər üçün ayrılan astronomik məbləğ komandalara saysız-hesabsız kuboklar qazandırardı. Baxın “Əl-Nəsr”ə. Təkcə Ronaldoya yüz milyonlar xərcləyib. Amma nə olsun?! Onun gəlişindən sonrakı 2 ildə bu komanda Asiya nədir, heç Ərəbistan çempionu da ola bilməyib.
Yəni futbolda uzunmüddətli uğurun təməlində çat verməyəcək futbol sistemini qurub-qura bilməməyin dayanır. Bunu da hər məşqçi bacarmır. Amma ortada yaxşı nümənələr də var: Klopp (“Liverpul”), Qvardiola (“Barselona”, “Mançester Siti”), Luis Enrike (PSJ)…
Və bir də özümüzün Qurban Qurbanovumuz var. Təkrar biliyin anasıdır deyiblər. Avropa üçün məhdud sayılan maddi imkanlarla dalbadal 12 ildir komandasını avrokubokların əsas mərhələsinə çıxarıb. Onlardan ikisi lap böyük komandaların yarışdığı Çempionlar Liqasıdır. Yeri gəlmişkən, Avropada təsnifatdan başlayaraq belə uğurlu məsafə qət edən ikinci komanda yoxdur. Bircə komanda var. O da bizim “Qarabağ”dır.
Bu qeydləri niyə edirəm?
Ölkəmizdə yaxşı futbol nümunələri də var. Və bu nümunələr sosial şəbəkərlərdəki “futbol müəllimləri”nin kütləvi məsləhətləri ilə yaranmır.
Uğurlar, qələbələr göydən zənbillə düşmür. Çempionlar Liqasının Liqa mərhələsini də xonçada gətirib bizə pay vermirlər.
Qurban Qurbanovu Bakıda nə vaxt axtarsan ya “Qarabağ”ın bazasındakı iş otağında tapacaqsan, ya da özünün idman zalında. Yəni həyatını tamamilə futbola həsr edib. Həm də peşəkarlıqla, vicdanla, məsuliyyətlə. Və vətənpərvərliklə. Uğuru da ona görə qazanır ki, o da Klopp, Qvardiola, Luis Enrike kimi öz sistemini qurub. Bunun adı “Qarabağ” futbol sistemidir.
Uğuru ona görə qazanır ki, saatlarla, günlərlə rəqibi ən incəliyinə qədər təhlil edir. Stadionlarda, TV qarşısında, notbukun monitoru önündə…
Gətirdiyi futbolçular isə ona görə uğurlu olur ki, onları Yutubdakı aldadıcı videoların təsirinə düşərək seçmir. Peşəkar seleksiya komandasının, yardımçılarının, nəhayət, özünün iti futbol zehninə arxalanaraq transfer edir.
Yəni yuxarıda qeyd edildiyi kimi, yaxşı futbol adamlarımız, məşqçilərimiz, futbolçularımız, klubumuz da var.
“Qarabağ” adlı bir futbol sistemiz var.
Ona görə də bu gün Mourinyonu istefaya göndərən, transferlərə tırlarla dollar xərcləyən Türkiyənin futbolu belə bizim “Qarabağ”dan, Qurban Qurbanovdan yüksək hörmətlə danışır, onu özlərinə örnək göstərir.
Çünki…
… Pul futbol oynamır.
Aydın Bağırov
Qol.az saytının Baş redaktoru

AzPost.az

Post navigation

Previous: ABŞ-ın Azərbaycandakı səfirliyi mexanik axtarır –
Next: Rusiya “patriotları” niyə İlham Əliyevin bəyanatından isterikaya düşüblər?

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.