Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Pulsuz qaldığını deyən rus milyarder bahalı restoranda görünüb-

User 15 Aprel 2022 - 14:02 (Last updated: 21 May 2025 - 20:15)
oliqarx rus resot

Rusiyalı milyarder Mixail Fridman Londonun mərkəzində bahalı italyan restoranında görünüb.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sanksiyalara məruz qalan və restoranlara getmək üçün pulunun olmamasından şikayətlənən rusiyalı iş adamı nüfuzlu “Mayfair” bölgəsindəki restoranda nahar edib. “Fridman ən yaxşı italyan restoranlarından olan “C London”da görünüb. Burada iki nəfərlik şam yeməyinin qiyməti yüzlərlə funt-sterlinqdir. David və Viktoriya Bekhem, həmçinin “Formula 1”in keçmiş baş direktoru Berni Ekklstoun buranın daimi müştəriləridir”, – məlumatda deyilir.

Restorana gələnlərdən biri (Britaniyada şirkət direktoru-red:) “Daily Mail”ə bildirib ki, rusiyalı iş adamının yanında təxminən 30 yaşlarında ukraynalı xanım olub: “Məncə, sanksiya altında ayda 2500 funt-sterlinq xərcələyə bildiyi üçün naharın pulunu birlikdə olduğu xanım ödəyib”.

“Sunday Times”ın məlumatına görə, 2021-ci ildə sərvəti 10,8 milyard funt-sterlinq qiymətləndirilən Mixail Fridman Britaniyanın ən zəngin adamları siyahısında 11-ci yerdə idi. Fevralın 28-də Avropa İttifaqı Fridman və onun biznes ortağı Pyotr Avenə qarşı sanksiyalar tətbiq edib. Britaniya da oxşar addım atdığı üçün onun ölkədə fəaliyyət göstərən son bank kartı da dondurulub.

İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Fridman maddi çətinliklərdən danışaraq, restoranlara getmək üçün pulunun olmamasından şikayətlənmişdi. “Bloomberg”ə verdiyi başqa bir müsahibədə isə o, pul xərcləmək üçün Britaniyanın səlahiyyətli orqanlarına müraciət etməli olduğunu etiraf etmişdi. “Bu sorğular xərc məqbul hesab olunarsa, təmin edilir”, – milyarder bildirmişdi.

Azpost.info

Post navigation

Previous: Prezident Birləşmiş Ərəb Əmirliklərinin nazirini qəbul edib
Next: Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Gəncədə qətl hadisəsi olub. APA-nın məlumatına görə, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb. Belə ki,...
Read more about Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.