“Pulunu xaricdə saxlayan prezident necə vətənpərvər ola bilər?” –Paşinyanın milyarder deputatı istefadan danışdı

Ermənistan prezidenti Sarksiyanın istefası proqnozlaşdırlan idi.
Azpost.info bildirir ki, bu barədə Paşinyanın lideri olduğu hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı, milyarder Xaçatur Sukiasyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Prezident deyir ki, proseslərə təsir mexanizmi yoxdur. Məgər o bu vəzifəyə gələndə hansı səlahiyyətlərinin olduğunu bilmirdi? Nədir, bu dörd ildə Konstitusiya ilə tanış olub?“-deyə deputat istehza ilə deyib.
Sukiasyan deyib ki, prezidentə heç bir təzyiq edilməyib və o könüllü istefa verib.
O istefanı Sarkisyanın şəxsi keyfiyyətləri ilə bağlı olduğunu vurğulayıb. Deputat deyib ki, prezident vətənpərvərliyi və səmimiyyəti ilə fərqlənə bilməyib.
“Adam haqqında bilmək üçün onun kapitalının harada olduğunu müəyyən etmək lazımdır. Əgər erməni öz kapitalının 90 faizini xaricdə saxlayırsa bundan nə nəticə çıxarmaq olar: Bu fakt şəxsin öz ölkəsinin gələcəyinə necə inandığının göstəricisi sayıla bilər”. 
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO Ukraynada vəziyyətlə bağlı qüvvələrini göndərməyə başlayıb –

Sonrakı məqalə

Putin Aysel Teymurzadəyə və Araşa “Avroviziya” səhnəsində nə deyib? –