NATO Ukraynada vəziyyətlə bağlı qüvvələrini göndərməyə başlayıb –Alyans bəyanat yaydı

“NATO Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Şərqi Avropada qüvvələrini hazırlıq vəziyyətinə gətirir və mövcudluğunu gücləndirir”. 
Azpost.info bildirir ki, bu barədə Alyansın saytında yayımlanan bəyanatda deyilir.
“NATO üzrə müttəfiqlər qüvvələri əlavə gəmi və hərbi vertalyotlarını Şərqi Avropadakı dislokasiya yerlərinə göndərir. Bununla da Rusiyanın Ukrayna və ətrafında güvvələrini yerləşdirməsi fonunda müdafiəni gücləndirir“-deyə NATO-nun bəyanatında vurğulanır.
Bununla əlaqadar Danimarka Baltik dənizinə freqat, Litvaya 4 F16 göndərib. İspaniya da gəmi gndərib və hazırda Bolqarıstana qırıcıları göndərmək barədə düşünür. Fransa Rumıniyaya, Niderlanda öz qüvvələrini göndərməyə hazır olduğunu bəyan edib. Niderland Bolqarıstana 2 F-35 qırıcısı göndərib və yerüstü qüvvələri döyüş hazırlığına gətirib. ABŞ Alyansın şərq flanqında hərbi mövcudluğunu genişləndirmək imkanlarını nəzərdən keçirir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kiyevin meri Kliçko Almaniyanı satqınlıqda ittiham edib-

Sonrakı məqalə

“Pulunu xaricdə saxlayan prezident necə vətənpərvər ola bilər?” –