Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov səfərbərliyə cəlb olunması ilə bağlı xəbərləri təkzib edib.
Azpost.info xəbər verir ki, bu barədə məlumat onun “Teleqram” kanalında yayılıb.
Nikita Presnyakovun 31 yaşı var. Onun valideynləri Rusiyanın əməkdar artisti Kristina Orbakayte və müğənni Vladimir Presnyakovdur.
Qeyd edək ki, Presnyakovun səfərbərliyə cəlb olunması ilə bağlı xəbəri “Beşinci kanal” yaymışdı. Xəbərdə Nikitanın Moskva teatrında məşqdən aparıldığı yazılmışdı. Daha sonra kanal xəbəri sildi, teatrdan da məlumatı təkzib etdilər.
Azpost.info
