Rusiyada bələdiyyə icma Şurası prezident Vladimir Putin əlyehinə dövlətə xəyanət ittihamı irəli sürmək çağırışı ilə Dövlət Dumasına müraciət edib.
Azpost.info xəbər verir ki, bu barədə Sankt-Peterburqun “Smolninskoe” bələdiyyə Şurası qərar qəbul edib. Sənəddə Putinin bu ittihamla vəzifədən kənarlaşdırılması tələb edilir.
Qərar barədə “Smolninskoe” bələdiyyə Şurasının deputatı Dmitri Palyuqa açıqlama verib.
“Dövlət Dumasına göndərilən bu sorğunu deputatların əksəriyyəti dəstəkləyib”, – Palyuqa vurğulayıb.
O, həmçinin imzalanmış müraciətin mətnini də yayıb. Mətndə deyilir ki, müharibənin gedişində Rusiyanın gənc əməkqabiliyyətli vətəndaşları ölür, rus iqtisadiyyatı ziyan çəkir, NATO şərqə doğru genişlənir, Ukrayna isə yeni silahlar alır.


