Braziliya prezidenti Putinin həbsini istisna etməyib- AÇIQLAMA

Braziliya prezidenti Luiz İnasio Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin gələn il Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə həbs oluna biləcəyini istisna etməyib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, müvafiq qərarı hökumət deyil, məhkəmə verəcək.

Maraqlıdır ki, Luiz İnasio Lula da Silva bu bəyanatı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs tələbinə baxmayaraq, Putinə tam təhlükəsizlik zəmanəti vəd etməsindən bir qədər sonra səsləndirib.

“Braziliyada onun həbs edilib-edilməyəcəyini bilmirəm. Qərarı hökumət deyil, məhkəmə sistemi verir”, – deyən Braziliya prezidenti açıq şəkildə əvvəlki sözündən geri çəkilib. Dünən jurnalistlərə açıqlamasında Lula bildirmişdi ki, Putin Braziliyada həbs olunmayacaq, ona görə də rahatlıqla G20 sammitinə gələ bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Daha bir siyasi partiya qeydə alınıb

Sonrakı məqalə

Dövlət Su Ehtiyatları Agentliyindən abonentlərə