Rusiya prezidenti Vladimir Putin pilotsuz təyyarələrin dizaynı, sınaqları və istehsalı üçün dəstək mərkəzlərinin yaradılması barədə göstəriş verib.
Azpost.info xəbər verir ki, bu məsələ ilə hökumət ANO “Milli Texnologiya Təşəbbüsü Platforması” ilə birlikdə məşğul olacaq.
Mərkəzlər bu il iyulun 15-dən gec olmayaraq Moskva, Sankt-Peterburq və Sevastopol, Nijni Novqorod, Ryazan, Samara, Saxalin, Tomsk, Tula vilayətlərində, həmçinin Başqırdıstan və Tatarıstanda açılmalıdır.
Putin həmçinin yerli istehsal PUA-dan istifadə etməklə xidmət göstərən operatorların yaradılmasına şərait yaratmağı tapşırıb.
Hesabat avqustun 1-dək prezidentə təqdim edilməlidir.
Azpost.info