Rusiya prezidenti Vladimir Putin beş generalı və bir polis polkovnikini istefaya göndərib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Putinin sərəncamı ilə Daxili İşlər Nazirliyinin Vladimir vilayəti üzrə idarəsinin rəisi, polis general-mayoru Vasili Kukuşkin, nazirliyin Altay vilayəti üzrə Baş İdarəsinin rəis müavini (polis rəisi) general-mayor Aleksandr Laas, Yaroslavl vilayəti üzrə idarəsinin rəisi, general-mayor Andrey Lipilin, DİN-in Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Udovenko, nazirliyin maddi-texniki və tibbi təminat idarəsinin rəis müavini, general-mayor Yuri İnstrankin, eləcə də DİN-in Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, polis polkovniki Emil Musin vəzifəsindən azad edilib.
Mənbə yüksək rütbəli polislərin istefasını nazirlikdə adi kadr rotasiyası ilə izah edib.
Azpost.info