Putin 500 jurnalist üçün mətbuat konfransı keçirəcək

01 Dekabr 2021 - 15:26

Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabrın 23-də keçiriləcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, mətbuat konfransının əyani formatda keçiriləcəyini söyləyib.

Kremlin sözçüsü koronavirusla bağlı tədbirə görə jurnalistlərin sayının 500 nəfərlə məhdudlaşdırılacağını əlavə edib.