Tanınmış jurnalist Qalib İbrahimoğlu baş redaktor təyin olunub

APA İnformasiya agentliyindəki redaktor postundan ayrılan tanınmış jurnalist Qalib İbrahimoğlu yeni vəzifəyə təyin edilib.

Qalib İbrahimoğlu bakivaxti.az saytına baş redaktor təyin edilib.

Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub.
1992-1998-ci illərdə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) ali təhsil alıb.

1996-cı ildə Bakıda nəşr olunan “Hürriyyət” qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
1997-ci ildə “Bu gün” qəzeti baş redaktorunun I müavini, sonra “Hürriyyət” qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1998-1999-cu illərdə “Azadlıq” və “Kaspi” qəzetlərində müxtəlif postlar tutub.

1999-cu ildən 2019-cu ilə qəsər “Ekspress” qəzetində redaktor işləyib.

2019-cu ildən APA İnformasiya Agentliyində redaktor idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub –

Sonrakı məqalə

Putin 500 jurnalist üçün mətbuat konfransı keçirəcək