“Rusiya prezidenti Vladimir Putinin aprelin 27-də Türkiyədəki Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində iştirak formatı ilə bağlı hələlik konkret qərarlar qəbul edilməyib”.
Azpost.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya tərəfi mərasimdə bu və ya digər şəkildə iştirak edəcək, çünki bu, hər iki ölkə üçün çox mühüm layihədir.
“Hələlik konkret qərarlar verilməyib. Məlum olan odur ki, Rusiya tərəfi aprelin sonunda baş tutacaq mərasimdə iştirak edəcək. Bu, ikitərəfli münasibətlərimiz və ümumilikdə Türkiyədə enerjinin inkişafı üçün çox mühüm layihə, ölkənin inkişafında mühüm mərhələdir”, – Peskov bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamasında bildirmişdi ki, rusiyalı həmkarı Vladimi Putin Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində iştirak üçün aprelin 27-də Ankaraya gələ bilər.
Azpost.info