“Putin bir ildir ki, Ukrayna ilə müharibəyə hazırlaşırdı”- Kansler Şolts

“Rusiya prezidenti Vladimir Putin ən azı bir ildir ki, Ukrayna ilə müharibəyə hazırlaşır və onu uzun müddət davam etdirə bilər”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Müharibənin nə qədər davam edəcəyini dəqiq heç kim bilmir. Lakin Putinin uzunmüddətli planlaması onun uzunmüddətli döyüşlərə hazır olduğunu deməyə əsas verir”, – Şolts bildirib.

Kanslerin fikrincə, Putin etiraf etməsə də, Rusiya Qərb sanksiyalarının təsirini hiss edir: “Sanksiyaların Rusiya iqtisadiyyatına dərin təsirini başa düşür. Qlobal iqtisadiyyatın artımının bir hissəsi olmaq üçün Rusiyanın dünya texnologiyalarına ehtiyacı var”.

Azpost.info

Əvvəlki məqalə

MEDİA və Dövlət Vergi Xidməti jurnalistlər üçün təlim keçirib

Sonrakı məqalə

“ABŞ-la münasibətlərimizdə yeni mərhələ başlayır”