Rusiyanın Ukraynaya müdaxiləsi Qərbə qarşı “səlib yürüşüdr”.
Azpost.info CNN-ə istinadən bildirir ki, bu bəyantla Almaniyanın kansleri Olaf Şolts Progressive Governance sammitində çıxış edib.
“Bu, liberal demokratiyaya, liberal düzənə, azadlıq və inkişafa qarşı olan səlib yürüşüdür. Bizim həyat tərzimizə, Putinin adlandırdığı “kollektiv Qərb”ə qarşı səlib yürüşüdür”-deyə Şolts bəyan edib.
Şolts deyib ki, Almaniya Ukryananı maliyyə, iqtisadi, o cümlədən humanitar və hərbi məqsədlər baxımından dəstəkləməkdə davam edəcək. “Bura ağır silahlar, müasir sistemli HHM və tanklar daxildir. Nə qədər lazımdır, o qədər dəstək verəcəyik”-deyə kansler vurğulayıb.