Rusiya prezidenti Vladimir Putinin bu gün Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa ilə ikitərəfli görüş keçirəcək.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Prezident Ramafosa ilə ayrıca ikitərəfli görüş nəzərdə tutulub”, – Peskov bildirib.
CAR lideri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etməyi planlaşdıran Afrika liderlərindən ibarət nümayəndə heyətinin tərkibində bu gün Sankt-Peterburqa gələcək.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Afrika liderlərinin Ukrayna üzrə “sülh planı”nı rədd edib. Onun fikrincə, Rusiya ilə istənilən danışıqlara icazə vermək müharibəni, ağrı və iztirabları dondurmaq deməkdir.
Azpost.info