Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner”in qurucusu Yevgeni Priqojinin telefon nömrəsini Rusiya Federal Təhlükəsizlik Xidməti vasitəsilə tapdığını bildirib.
Azpost.info xəbər verir ki, Lukaşenko bu mənbəyə prezident Vladimir Putin tərəfindən yönləndirildiyini deyib.
Lukaşenko onu da qeyd edib ki, bundan əvvəl Putin onu Priqojinlə danışıqların mənasız olduğuna inandırmağa çalışıb: “Dedim, onunla necə əlaqə saxlaya bilərəm? Telefon nömrəsini mənə ver. Dedi, çox güman ki, FTX-da var. Dəqiqləşdirdik, günorta Rostovla danışa biləcəyimiz üç kanal quraşdırıldı”.
Belarus liderinin sözlərinə görə, Putinlə söhbəti təxminən yarım saat çəkib.
Azpost.info
