Rusiya prezidenti Vladimir Putin “DXR”, “LXR” və Ukraynadan olan qaçqınlara ödənişlər haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, sənədə əsasən, qaçqınlara 10 min rubl məbləğində aylıq pensiya ödənişi müəyyən edilib.
Həmçinin əlillərə eyni məbləğdə (I qrup əlillər, əlillərin uşaqları və 80 yaşdan yuxarı pensiyaçılar üçün bu ödənişlərə 3000 rubl əlavə) aylıq sosial ödəniş tətbiq edilib.
Böyük Vətən Müharibəsi veteranları hər ay 5000 rubl alacaqlar. Hamilə qadınlar üçün 10 min rubl, uşağın doğulması üçün isə 20 min rubl birdəfəlik ödəmə müəyyən edilib. Həmçinin, hər bir uşaq üçün aylıq 4 min rubl ayrılacaq. Uşaq qəyyumluqda olarsa, məbləğ 15 min rubl olacaq.
Azpost.info
