İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasiminə Rusiya dəvət edilməyib. Baxmayaraq ki, Berluskoni Avropa siyasətçiləri arasında Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından idi.
Azpost.info xəbər verir ki, Rusiya tərəfinin dəfn mərasiminə dəvət edilmədiyini prezidentin köməkçisi Yuri Uşakov bildirib.
“Dəfn mərasimində xarici siyasətçilərin iştirakın səviyyəsi barədə məlumatımız yoxdur, lakin Rusiya tərəfi bu mərasimə dəvət edilmədi”, – Uşakov deyib.
Uşakov Putinin İtaliya dövlət başçısına başsağlığı verdiyini xatırladıb. Onun sözlərinə görə, Rusiya prezidenti Berluskoninin vəfatı ilə əlaqədar səmimi şəkildə yas tutur: “Onun italiyalı siyasətçi ilə təkcə konstruktiv işgüzar münasibətləri deyil, həm də uzunmüddətli dostluğu var idi”.
Azpost.info