“Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbsi müharibə elanına bərabər olacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Aydındır ki, bu, heç vaxt reallaşmayacaq bir vəziyyətdir. Amma buna baxmayaraq, onun həyata keçirildiyini təsəvvür edək. Tutaq ki, nüvə dövlətinin hazırkı rəhbəri, məsələn, Almaniyanın ərazisinə gəlib və həbs olunub. Bu nədir? Rusiyaya müharibə elanı!”, – Medvedev deyib.
Onun sözlərinə görə, bu halda Rusiya “vasitələri” Bundestaqa, Almaniya kanslerinin ofisinə və başqa yerlərə uçacaq.
Medvedev onu da qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi bütün bəşəriyyətin iradəsini əks etdirmir, ona qoşulmayan dövlətləri və onların liderlərini mühakimə etmək üçün heç bir əsası yoxdur.
Azpost.info
