“Putin hələ də Ukrayna ilə bağlı danışıqlara hazırdır” –LAVROV

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ölkə rəhbərliyi hələ də Ukrayna barədə danışıqlara hazırdır.

APA xəbər verir ki, Lavrov bunu Rusiyanın Birinci Kanalının nümayiş etdirdiyi sənədli filminə müsahibəsində deyib.

“Rusiyanın, o cümlədən prezidentinin danışıqlara hazırlığı dəyişməz olaraq qalır” – Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hər zaman hazır olacaq.

Əvvəlki məqalə

Sabah hava necə olacaq? –

Sonrakı məqalə

İranda etiraz aksiyalarında həbs edilənlərin məhkəməsi başlayıb –