“Putin yolundan dönmək niyyətində deyil”- ABŞ dövlət katibinin müavini

“Rusiya prezidenti Vladimir Putin hara getdiyini yaxşı başa düşür və yolundan dönmək niyyətində deyil”.

Azpost.info xəbər verir ki, ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman bildirib.

O xatırladıb ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna xalqına anti-xalq rejimdən qurtulmağa kömək edəcəyini deyib.

Şermanın fikrincə, dünyanın qalan hissəsi Putinin ambisiyasını başa düşməlidir.

“The Economist”ə müsahibəsində Şerman Putinlə bağlı təəssüratlarını da bölüşüb. “Mən o vaxtkı dövlət katibi Con Kerrini müşayiət edərkən Soçidə Putinlə xeyli vaxt keçirdim. Dörd saata yaxın danışdıq. O, çox ağıllıdır, söhbət zamanı heç bir qeydə baxmırdı, səlis danışırdı və özünə çox arxayın idi”.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan sənətinə lazımamsa, qayıdaram…” –

Sonrakı məqalə

DİN “Nərmin işi” ilə bağlı ünvanına ittihamlar səslənən polis rəisinə dəstək verdi-