Putin Hindistan Baş naziri ilə Ukraynanı və qiyam cəhdini müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon söhbəti olub.

Azpost.info xəbər verir ki, telefon danışığında Ukrayna ətrafında vəziyyəti və 24 iyun hadisələrini müzakirə edilib.

Modi qiyam cəhdi ilə bağlı Rusiya hakimiyyətinin hərəkətlərini dəstəkləyib.

“Rusiya prezidenti xüsusi hərbi əməliyyat zonasındakı hazırkı vəziyyəti qiymətləndirərək Kiyevin münaqişənin həlli üçün siyasi və diplomatik addımlar atmaqdan qəti şəkildə imtina etdiyini bildirib. Narendra Modi qanunun və asayişin qorunması, ölkədə sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Rusiya rəhbərliyinin qətiyyətli addımlarını başa düşdüyünü və dəstəklədiyini ifadə edib”, – Kremlin saytında yayılan məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Bolqarçay su anbarında çatlar əmələ gəlib

Sonrakı məqalə

Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub