Putin hökumət üzlərini topladı- Sanksiyaların iqtisadiyyata təsirini etiraf etdi

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı Qərbin sanksiyaları səbəbindən ölkə iqtisadiyyatının zərər çəkə biləcəyini etiraf edib.

Azpost.info xəbər verir ki, bu təsirlə mübarizə aparmaq üçün Putin daxili bazarda sabit tələbi təmin etməyi təklif edib.

“Ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına qoyulan qeyri-qanuni məhdudiyyətlər həqiqətən də ona mənfi təsir göstərə bilər. Bu baxımdan biz daxili tələbatın davamlı artımını təmin etməliyik. Rusiyanın səlahiyyətli orqanları bürokratiya və gecikmə olmadan hərəkət etməlidir”, – Putin bildirib.

Putin deyib ki, rusiyalı sahibkarlar xarici şirkətlərin vakant yerlərini uğurla mənimsəyir: “Rusiya iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir, o cümlədən Qərb şirkətlərinin boş yerlərini uğurla mənimsəməklə”.

O, həmçinin qeyd edib ki, Rusiyada işsizlik səviyyəsi hələ də rekord aşağı səviyyədədir. Prezidentin sözlərinə görə, ölkədə real gəlirlər orta hesabla artır, lakin bəzi regionlarda belə deyil.

Azpost.info

Əvvəlki məqalə

“Fazil Mustafaya qarşı hücumun məqsədi qorxu yaratmaqdır” –

Sonrakı məqalə

Fazil Mustafa silahlı hucuma görə kimdən şübhələndiyini açıqladı –