“Rusiya Avropaya pəncərəni bağlamaq fikrində deyil”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, iyunun 9-u I Pyotrun anadan olmasının 350-ci ildönümüdür və yubiley tədbirlərində prezident Putin də iştirak edəcək.
Brifinqdə jurnalistin imperatorun Avropaya pəncərə açdığı və Rusiya rəhbərliyinin indi bu pəncərəni bağlayıb-bağlamayacağı sualına cavab olaraq Peskov deyib: “Heç kim heç nəyi bağlamağı planlaşdırmır”.
“Putin tarixin dərin bilicisidir”, – Peskov əlavə edib. Daha əvvəl Putin özü də bildirmişdi ki, Rusiya özünü təcrid etmək fikrində deyil və qarşılıqlı fəaliyyətə hazır olan tərəfdaşlarla işləməyə davam edəcək.
Azpost.info