“Mən gördüm ki, cənab Putin indi keçmişə nisbətən daha yumşaq, danışıqlara daha açıqdır. Yaxın günlərdə aparacağımız telefon diplomatiyasının köməyi ilə hər iki lideri (Putin və Zelenski-red:) dinlədikdən sonra bunun hara aparacağını görəcəyik”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan əlavə edib ki, Zelenski ilə görüşdə onda da belə bir maneənin olmadığını və bunun aradan qaldırılmasının tərəfdarı olduğunu hiss edib: “Biz ümidsiz deyilik. Arzu edirik ki, hər iki lideri birləşdirərək sülh yoluna davam edək. Çünki hər iki tərəf ciddi itkilər verir”.
Azpost.info