Rusiya prezidenti Vladimir Putin Rusiyada yarmarkaların keçirilməsinə şərait yaratmağı tapşırıb, çünki onlar malların qiymətini aşağı salmağa kömək edir.
Azpost.info xəbər verir ki, Putin bu barədə İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov ilə görüşü zamanı bildirib.
2019-cu ildən Rusiyanın ən yoxsul bölgələrindən birinə rəhbərlik edən Kalimatov prezidentə məlumat verib ki, ötən il İnquşetiyada 30-dan çox yarmarka keçirilib, burada mallar, o cümlədən ərzaq məhsulları bazardakından 15-20 faiz ucuz satılıb.
Kremlin saytında dərc edilmiş stenoqramdan məlum olur ki, Putin onun bu fikrini dəstəkləyib: “Çox doğrudur. Biz sadəcə insanlara şərait yaratmalıyıq”.
Rusiya Mərkəzi Bankının məlumatına görə, avqustun 7-nə Rusiyada istehlak qiymətlərinin artım tempi may ayındaki 2,5 faizə qarşı illik müqayisədə 4,4 faiz təşkil edib. Eyni zamanda, iyul ayında mövsümi təsirlərdən təmizlənmiş aylıq inflyasiya ötən ilin aprelindən bəri ən yüksək göstərici olan 0,96 faizə çatıb.
Azpost.info
