Rusiya Prezidenti Vladimir Putin mart ayının sonlarında tətbiq olunan koronavirus məhdudiyyətlərindən bəri ilk dəfə olaraq izdiham qarşısında görünüb.
O Rusiya Günü münasibətilə bir neçə şəxsə Əmək Qəhrəmanınını “Qızıl Ulduzu” medalını təqdim edib.
Putin Moskvadakı Poklonnaya təpəsində Rusiyanın 1990-cı ildə dövlət suverenliyini elan etməsinin ildönümü münasibətilər keçirilən tədbir çərçivəsində dövlət bayrağının qaldırılması mərasimindən sonra ölkəni “böyük şöhrət və qürur” münasibətilə təbrik edib və vətəndaşları iyulun 1-də keçiriləcək səsvermədə konstitusiyaya düzəlişləri dəstəkləməyə çağırıb.
“Bu əsas fundamental qanunların Rusiya Konstitusiyasına əlavə edilməsi ilə bağlı tez-tez təkliflər irəli sürülürdü. Əminəm ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu mövqeni bölüşülür və dəstəkləyir ” deyə, Putin bildirib. O, ictimaiyyət qarşısına üz maskası və digər qoruyucu avadanlıqlardan istifadə etmədən çıxıb.
Bu düzəlişlərdən biri 20 ildir Rusiyanı prezident və baş nazir vəzifələrində idarə edən Putinə 2036-cı ilədək hakimiyyətdə qalmağa imkan verəcək.
Əmək Qəhrəmanınını “Qızıl Ulduzu” medalı Rusiyada 2013-cü ildə təsis olunub və adətən aprel və ya may ayında Kremldə təqdim olunur.
Lakin bu il mərasim koronavirus pandemiyası səbəbilə Rusiya Gününə təxirə salınıb.
Putin Kremlin onu sözçüsü və baş nazirinə yoluxan virusdan qorumaq tədbiləri çərçivəsində yüksək vəzifələi rəsmiləri ilə video görüşlər keçirib. O, hətta mayn 9-da Qələbə Günün münasibətilə keçirilən tədbirdə belə paradı yalnız izləmişdi.