“Putin məni Gürcüstana qayıtmağa qoymur” –Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya prezidenti Putini vətənə qayıtmasına mane olmaqda ittiham edib.

Azpost.info bildirir ki, bu barədə eks-prezident sosial şəbəkədə yazıb. Saakaşvili əmindir ki, Kreml hesab edir ki, əgər o qayıtsa bu ölkənin sürətli inkişafına səbəb olacaq.

“Mənə qarşı olan bu təqiblər birbaşa Putinin sifarişi ilə təşkil olunur”-deyə Saakaşvili yazıb.

O, sona qədər mübarizə aparacağını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda şəhər merləri vəzifəsinə və şəhər şuralarına deputat seçkiləri keçiriləcək.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir