ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiyanın taktiki nüvə silahından istifadə etməsi ssenarisi realdır.
Azpost.info bildirir ki, bu barədə Reuters xəbər yayıb. Məlumata görə, Amerika lideri bu barədə bir gün əvvəl Kaliforniyada bir qrup donor qarşısında çıxış edərkən bildirib.
“Bir neçə il əvvəl burada Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxırdı. Mən Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə də mənə elə baxırdılar. Bu, realdır”, – Bayden deyib.
Bundan əvvəl ABŞ prezidenti Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsini “tam məsuliyyətsizlik” adlandırıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu açıqlamaya reaksiya verərək Co Baydenin əlində nüvə silahının olmasını fəlakət adlandırıb.
Azpost.info