“Putin öz ad gününün bir hissəsini işdə keçirir…” –

Peskov
05 Oktyabr 2021 - 18:52
“Putin öz ad gününün bir hissəsini işdə keçirir. Bundan sonra yaxınları ilə qeyd edir”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hamı əmindir ki, ən azı axşama o əzizləri və yaxınları ilə ad gününü qeyd edəcək. Həmişə belə olur”- deyən Peskovun sözlərinə görə, dövlət başçısının bu yaxınlarda özünütəcridi ad günü mərasiminin keçirilməsinə təsir etməyəcək.
Oktyabrın 7-də Putinin 69 yaşı tamam olur.