Putin Qorbaçovla vida mərasiminə niyə qatılmayacaq?– PESKOV açıqladı

“Prezident Vladimir Putin SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovla sentyabrın 3-də keçiriləcək rəsmi vida mərasimində iştirak edə bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Vladimir Putin günün sonuna qədər məşğul olacaq. Daxili konfranslar, görüşlər, beynəlxalq telefon danışıqları, Uzaq Şərq forumuna hazırlıq – axı orada çıxış etməlidir. Ona görə də, çox şey etməlidir. Sabah çox gərgin iş günüdür”, – Kreml sözçüsü jurnalistlərin sualını cavablandırarkən deyib.

Sentyabrın 1-də Putin Mərkəzi Klinik Xəstəxanada Qorbaçovun tabutuna gül dəstələri qoyaraq onunla vidalaşıb. Bundan sonra o, Kalininqrad vilayətinə işgüzar səfərə gedib.

Azpost.info

 

Əvvəlki məqalə

Putin sosial şəbəkələrdə hesab açmağı planlaşdırmır

Sonrakı məqalə

“Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib”