“Putin Qərbin qətiyyətini düzgün qiymətləndirə bilmədi” –
“Rusiya prezidenti Ukrayna xalqının döyüşmək istəyini və Qərbin qətiyyətini düzgün qiymətləndirə bilmədi”.
Azpost.info xəbər verir ki, bunu Britaniyanın baş naziri Boris Conson deyib. Onun sözlərinə görə, Putin Ukraynanın mülki əhalisinə qarşı barbar üsullardan istifadə edir.
Baş nazir Rusiyanın işğal planının iflasa uğrayacağına getdikcə daha çox əmin olduğunu bildirib: “Prezident Putin Ukraynada uğursuzluğa düçar olmalıdır. Avropanın müstəqil dövlətləri isə sanksiyaların tətbiqi və Rusiya iqtisadiyyatını zəiflətməklə Putinin planlarının boşa çıxmasına nail olmalıdır”.
Conson onu da qeyd edib ki, Britaniya Ukraynaya 220 milyon funt-sterlinq humanitar yardım göstərib.
Azpost.info
