Putin Ərdoğanı Rusiyaya dəvət etdi- İşgüzar səfərə

Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğani yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.

Azərtac Rusiya KİV-lərə istinadla xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan dəvətə müsbət cavab verib.

Dövlət başçıları arasında telefon danışığı oktyabrın 15-də Türkiyənin təşəbbüsü ilə baş tutub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriya münaqişəsinin siyasi nizamlanması prosesinin davam etdirilməsi və oktyabrın sonlarında Cenevrə şəhərində BMT-nin rəhbərliyi altında Konstitusiya Komitəsinin çağırılmasına dəstək vermək barədə razılığa gəliblər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara, həmçinin sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni İl üçün ƏFV SƏRƏNCAMI imzalanacaq? –

Sonrakı məqalə

“Elina işi”ndə dövlət ittihamçısı çıxış etdi