Rusiya prezidentinin mətbut katibi Dmitri Peskov Britaniyanın keçmiş Baş naziri Boris Consonun Putinin onu raket zərbələri ilə hədələməsi barədə dediklərini “yalan” adlandırıb.
Azpost.info xəbər verir ki, mətbuat katibinin sözlərinə görə, liderlərin telefon danışığı zamanı belə bir söhbət olmayıb.
“Cənab Consonun dedikləri doğru deyil, daha doğrusu, yalandır. Üstəlik, deyim ki, şüurlu yalandır. Sual yaranır ki, o, hansı məqsədlə bu təqdimat üsulunu seçib? Ya da bu, şüursuzca söylənilən yalandır. Və əslində Conson prezident Putinin onunla nə danışdığını başa düşməyib. Raket zərbələri ilə bağlı heç bir təhdid olmayıb”, – Peskov bildirib.
Peskovun sözlərinə görə, həmin söhbətdə Putin demək istəmişdi ki, Ukrayna NATO-ya daxil olarsa, potensial raketlərin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatması deməkdir.
Azpost.info
