Britaniyanın keçmiş baş naziri və xarici işlər naziri Liz Trass Rusiyada Vladimir Putin rejiminin çökəcəyi təqdirdə hökuməti plan hazırlamağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə “Sky News” yazır.
“Biz və müttəfiqlərimiz, o cümlədən ukraynalılar, polyaklar, Baltikyanı ölkələr Rusiyada rejimin çökəcəyi təqdirdə, planımızın olduğundan əmin olmalıyıq”, – Trass deyib.
Krallığın xarici işlər naziri Ceyms Kleverli həftəsonu baş verən hadisələri prezident Putinin nüfuzuna “misli görünməmiş çağırış” adlandırmışdı. Onun sözlərinə görə, “Vaqner”in qiyamı Rusiyanın müharibəyə dəstəyində çatların yaranmasından xəbər verir. Bununla belə, o, muzdlularla Rusiya Müdafiə Nazirliyi arasında münaqişənin Rusiyanın daxili problemi olduğunu deyib.
Bu bəyanatla Britaniyanın müdafiə naziri Ben Uolles də razılaşıb.
Azpost.info