Putin Rusiyanın Latviya və Estoniyadakı səfirlərini vəzifələrindən azad etdi

Rusiyanın Latviya və Estoniyadakı səfirləri Mixail Vanin və Vladimir Lipayev vəzifələrindən azad ediliblər.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı Sərəncam imzalayıb.

“Lipayev Vladimir Georgiyeviç Rusiyanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin. Mixail Valentinoviç Vanin Rusiyanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – Sərəncamda deyilir.

Diplomatların işdən çıxarılmasının səbəbləri açıqlanmır.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan parlamentində dava düşdü –

Sonrakı məqalə

Sabah hava necə olacaq?