Rusiya prezidenti Vladimir Putin Rusiyanın Xarici Siyasət Konsepsiyasının yeni variantını təsdiqləyib.
Azpost.info xəbər verir ki, sənəd Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bugünkü görüşdə müzakirə olunub.
“Bu gün gündəmimizin birinci məsələsi Rusiyanın Xarici Siyasət Konsepsiyasının müzakirəsidir. Beynəlxalq həyatda baş verən köklü dəyişikliklər bizdən əsas strateji planlaşdırma sənədlərinə, o cümlədən diplomatik fəaliyyətin vəzifələri, prioritetləri əks olunan Xarici Siyasət Konsepsiyasının prinsiplərinə ciddi şəkildə düzəlişlər etməyi tələb etdi”, – Putin deyib.
Azpost.info