Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Azpost.info xəbər verir ki, bu barədə Kremldən bildiriblər.
Videokonfrans formatında keçiriləcək görüşdə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məruzə ilə çıxış edəcək.
“Miqrasiya sferasında milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması, ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitlik naminə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır”, – Kremlin mətbuat xidmətindən bildirilib.
Azpost.info
