Rusiya prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsinin doqquzuncu ildönümü münasibətilə Sevastopol şəhərinə gedib.
Azpost.info xəbər verir ki, Putini nümayəndə heyəti ilə birlikdə vilayətin qubernatoru Mixail Razvojayev qarşılayıb.
Putin şəhərin tarixi-arxeoloji parkındakı “Korsun” uşaq mərkəzinə baş çəkib. Ehtimal olunur ki, müəssisə “Artek”in filialına çevriləcək, orada 400-ə qədər uşaq təhsil ala biləcək. Bunun üçün kompüter sinifləri, teatr studiyaları, akt və kino zalları olacaq.
Azpost.info