Putin SSRİ-nin süqutunu  “ən pis nəticə” adlandırdı:

“Sovet İttifaqını millətçilik dağıtmadı”
20 Noyabr 2019 - 17:04

 “SSRİ-nin dağılmasının Pribaltikadakı millətçiliyin artması ilə heç bir əlaqəsi yoxdur. Sovet İttifaqının suqutu  effektsiz iqtisadi siyasət üzündən baş verdi”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunda çıxışı zamanı deyib: “Sovet İttifaqının suqutuna gəlincə, onun Pribaltikadakı millətçiliyə az dəxli var. Bu dağılmanın əsasında SSRİ-nin effektsiz iqtisadi siyasəti durur. Bu siyasət faktik olaraq sosial sferada kollaps yaratdı və siyasi sferada nəticələrə gətirib çıxartdı”.

Putinin sözlərinə görə, SSRİ-nin süqutunun nəticələri insanların düşündüklərindən də pis oldu.

Azpost.info