Putin SSRİ-nin süqutunu  “ən pis nəticə” adlandırdı:“Sovet İttifaqını millətçilik dağıtmadı”

 “SSRİ-nin dağılmasının Pribaltikadakı millətçiliyin artması ilə heç bir əlaqəsi yoxdur. Sovet İttifaqının suqutu  effektsiz iqtisadi siyasət üzündən baş verdi”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunda çıxışı zamanı deyib: “Sovet İttifaqının suqutuna gəlincə, onun Pribaltikadakı millətçiliyə az dəxli var. Bu dağılmanın əsasında SSRİ-nin effektsiz iqtisadi siyasəti durur. Bu siyasət faktik olaraq sosial sferada kollaps yaratdı və siyasi sferada nəticələrə gətirib çıxartdı”.

Putinin sözlərinə görə, SSRİ-nin süqutunun nəticələri insanların düşündüklərindən də pis oldu.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan prezidenti Allahşükür Paşazadəyə hədiyyə göndərdi

Sonrakı məqalə

Nəriman Qasımoğlu: