Putin Təhlükəsizlik Şurasında keçmiş SSRİ respublikaları ilə münasibətləri müzakirə edib

01 İyun 2021 - 17:16

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müşavirədə Rusiyanın keçmiş sovet respublikaları ilə münasibətləri müzakirə olunub.

“Rusiya üçün xarici işlərdə ən vacib prioritetlərdən biri yaxın qonşularımızla, keçmiş Sovet İttifaqı respublikaları ilə münasibətlərdir. Ona görə də bu gün məhz bu işin aspektlərindən biri ilə məşğul olacağıq”, – deyə Vladimir Putin qeyd edib.