Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Yuri Averyanovu istefaya göndərib.
Azpost.info xəbər verir ki, Putin bununla bağlı Sərəncam imzalayıb.
“Yuri Timofeeviç Averyanov Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, – Sərəncamda deyilir.
Y.Averyanov 2013-cü ildən bu vəzifəni tuturdu.
Təhlükəsizlik Şurasından verilən məlumata görə, Averyanov federal dövlət qulluqçusu ilə müqavilənin müddəti başa çatdığı üçün tutduğu vəzifədən azad edilib. Üstəlik, onun başqa işə keçəcəyi bildirilib.
Xatırladaq ki, Putin yanvarın 20-də Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlovu da vəzifəsindən azad etmişdi. Pavlov bundan Federal Təhlükəsizlik Xidmətində, həmçinin 2003-cü ilə qədər mövcud olan Rusiya Prezidenti yanında Rabitə və İnformasiya Federal Agentliyində müxtəlif vəzifələrdə çalışmışdı.
Azpost.info

