Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb

Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, yaxın saatlara planlaşdırılan görüşün mövzusunu mətbuata çatdıracaqlarını qeyd edib.

“Prezidentin günortadan sonra keçirməyi nəzərdə tutduğu Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirənin mövzusu barədə məlumat verəcəyik”, – o deyib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə İŞİD-in rəhbər şəxslərindən biri saxlanılıb

Sonrakı məqalə

“20 Yanvarda alovlandırılan azadlıq məşəli Zəfər yolunu nurlandırır”