Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Türkiyə Cümhuriyyətinin 100 yaşını təbrik edib

User 29 Oktyabr 2023 - 16:02 (Last updated: 21 May 2025 - 20:15)
erdo putin

Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Ərdoğana təbrik teleqramı göndərib.

Teleqramda Rusiya prezidenti Moskva ilə Ankara arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

“Əziz dostum, Türkiyə Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən əsrdə ölkəniz bir çox çətinliklərin öhdəsindən gəlib, iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara nail olub. Türkiyə dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.

Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir – bunu bizim bu yaxınlarda Soçidəki görüşümüz də tam təsdiq etdi. Müxtəlif sahələrdə əməkdaşlıq yaxşı gəlir gətirir, böyük birgə layihələr sistemli şəkildə həyata keçirilir. Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində səyləri uğurla koordinasiya edir.

Əminəm ki, biz dost xalqlarımızın rifahı naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini bundan sonra da ardıcıl şəkildə inkişaf etdirəcəyik. Sizə cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə xoşbəxtlik və firavanlıq arzulayıram”, – deyə Kremlin saytında dərc olunan teleqramda qeyd olunub.

Post navigation

Previous: “Min musiqiçidən uzağı yüzü toya gedir, bəs qalanları?” –
Next: Korrupsiyaya qarşı mübarizədə hansı yol seçilməlidir? –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.