Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “İnterfaks”a bildirib.
Onun sözlərinə görə, səfər planlaşdırılsa da, konkret tarix hələ müəyyən edilməyib.
“Türkiyə prezidenti Rusiya liderini ölkəsinə səfərə dəvət etdiyini təsdiqləyib. Səfər planlaşdırılır, lakin konkret tarix hələ müzakirə olunmayıb”, – Uşakov deyib.
Azpost.info